Şənbə , Oktyabr 24 2026
azfa

İrqçi fars rejimdən Güney Azərbaycan idmanına böyük zərbə

İrqçi və işğalçı fars rejimi büdcənin olmamasını bəhanə edib Güney Azərbaycanda idman klublarını bağlamağa qərar verib. Bu istiqamətdə Təbrizdə bələdiyyəsinin klubları bağlanıb. Urmiyada da Şəhər Şurasına seçilən xüsusilə kürdlərin canfişanlığı ilə bu şəhərdə idman klubların bağlanması gündəmdədir.

Təbrizdən sonra iyul ayının 6-da Urmiya Şəhər Şurasının 5 üzvü Şura rəisinə məktub ünvanlayaraq Urmiya Bələdiyyəsinin klublarının ləğv edilməsini tələb ediblər. Şura üzvləri bu təklifi maliyyə problemləri ilə əlaqələndirib.

Məsələ ilə bağlı Urmiya “Şəhrdari” komandasının icraçı direktoru Peyman Rzayi “Mehr” xəbər agentliyinə deyib: “Bizə bu barədə heç bir açıqlama verilməyib, biz də xəbəri mətbuatdan oxuduq. Deyilənlərə görə, Təbriz Bələdiyyəsinin klubu ləğv olunduqdan sonra Şura üzvləri maliyyə sıxıntılarına görə belə bir məsələni gündəmə gətiriblər. Lakin konkret heç nə deyilməyib. Bizim rəisimiz bələdiyyə başqanıdır, o da bizə heç bir söz deməyib.”.

İrqçi və işğalçı fars rejimi yalnız Güney Azərbaycanda büdcə olmadığını bəhanə edib, bu sahəyə zərbə enirməyi qarşıya məqsəd qoyub.

 

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın