Cümə axşamı , May 2 2024
azfa

Təhlükə: irqçi fars rejimi ağır silahları Güney Azərbaycandan fars bölgələrə daşıyır-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimi ağır silahları Güney Azərbaycandan fars bölgələrə daşımağa başlayıb. Artıq Güney Azərbaycanda hərbi bazalardan ağır hərbi texnikanın, tankların və s. modern silahların Təbrizdən Zəncan istiqamətinə kütləvi şəkildə aparıldığı qeydə alınıb.

Qeyd edək ki, bir neçə gün öncə də azərbaycanlı hərbçilərin Azərbaycan Türk Millətinə mesaj göndərdikləri və fars rejiminin Təbriz, Marağa və Güney Azərbaycanın s. bölgələrindən ağır hərbi texnikanın boşaldılaraq fars bölgələrinə daşındığı, hətta azərbaycanlılardan ibarət ordunun Güney Azərbaycanda, xüsusilə kürdləşdirməyə çalışdıqları Güney Azərbaycanın qərb bölgəsində ləğv edildiyi bildirilirdi.

Azərbaycanlı hərbçiləri Azərbaycan Türk Millətinə ayıq olmağı və Azərbaycanı çox böyük təhlükə gözlədiyini xəbər vermişlər. Təxminlərə görə irqçi və işğalçı fars rejimi Güney Azərbaycanı tam silahsız vəziyyətə salır ki, qeyri-sabit vəziyyət yarandıqda azərbaycanlıları kürdlər, farslar və s. etniklərin əlilə soyqırıma məruz qoysunlar.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəallar molla rejimin həbs etdiyi Əzimi Qədimin ailəsi ilə görüşüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir qrup azərbaycanlı milli fəal, o cümlədən Davud …

İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb

GADTB: İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb. Bu barədə İran Radio-Televiziya Təşkilatının rəhbəri Peyman Cəbəli …

Bir cavab yazın