Cümə axşamı , Oktyabr 29 2026
azfa

Qərbi Azərbaycanı kürdüstanlaşdırmaq üçün təyin edilən qeyri-yerli kürd valiyə qarşı kampaniya başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda əhali Qərbi Azərbaycanı kürdüstanlaşdırmaq məqsədilə irqçi və işğalçı fars rejim tərəfindən təyin edilən qeyri-yerli kürd vali Şəhriyariyə qarşı kampaniya başladı.

Azərbaycan Türk Milləti haqlı olaraq qeyri-yerli kürd olan Şəhriyarının Qərbi Azərbaycan vilayətinin valiliyindən kənarlaşdırılmasını istəyirlər. Buna səbəb isə kürd Şəhriyarının Azərbaycanın böyük bir hissəsinin kürdləşdirilməsinə çalışması, Azərbaycanın büdcəsini bu vilayətin daxilində və xaricində kürdlərə xərcləməsi, Azərbaycan türklərinin öz vilayət və şəhərlərində tutduğu vəzifələrdən kənarlaşdırılması və yerinə mühacir kürdlərin təyin edilməsi və Azərbaycanın bütün resusrslarının kürdlərə sərf edilməsidir.

Azərbaycanlı fəallar məqsədli şəkildə irqçi fars rejim tərəfindən Azərbaycana vali təyin edilən Şəhriyarı ilə yanaşı Urmiyanın Şəhər Şurasında fəaliyyət göstərən terrorçu PKK tərəfdarı Hatəminin də Şəhər Şurasından kənarlaşdırılmasını tələb edirlər.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …

Bir cavab yazın