Çərşənbə , Oktyabr 28 2026
azfa

İrqçi fars rejim xaricə və Azərbaycana ərzaq məhsulların çıxarılmasına qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrqçi fars rejim xaricə və Azərbaycana ərzaq məhsulların çıxarılmasına qadağa qoyub. Bu barədə İran adlanan ərazidən qayıdan Azərbaycan vətəndaşları məlumat veriblər. Onların sözlərinə görə, qadağalar əsasən düyü, toyuq, qənd, şəkər tozu, yağ, çay kimi ərzaqlara aiddir.

Məlumata görə irqçi fars rejimin gömrükçüləri sərhəd -buraxılış məntəqəsində rentgen aparatları vasitəsilə çantalara baxış keçirərək, bu məhsulları aşkarladıqları təqdirdə dərhal müsadirə edir. Hətta az miqdarda belə ərzağın keçirilməsinə icazə verilmir.

Bunu isə İran rialının son zamanlar kəskin dəyər itirməsi və manatın məzənnəsindəki artımla əlaqələndirilər. Belə ki, manat İran adlanan ərazidə möhkəmləndiyindən onunla ticarət etmək Azərbaycan Respublikası vətəndaşları üçün daha sərfəli olub. Bu isə oradan ərzaq məhsullarının çıxarılmasına səbəb olur. Məhz buna görə gömrükdə ərzaq məhsullarının çıxarılmasına imkan verilmir.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın