Sənəndəcli kürd deputat kürd terrorçuların bayrağına təzimə etiraza görə N.Qazipura hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, sənəndəcli kürd deputat Fərşadan N.Qazipura kürd terrorçuların bayrağına M.Zərifin təzim etməsinə etiraza görə məclisdə vəhşicəsinə hücum etdi.

Urmiyanın millət vəkili Nadir Qazipur İsrailin himayə etdiyi İraq Kürd Muxtariyyətinin bayrağına fars rejimin xarici işlər naziri Zərifin təzim etdiyi üçün Zərifi məclisdə sorğu-suala tutub. Lakin bu məsələyə görə, kürd terrorizmini himayə edən Sənəndəcin deputatı Fərşadan məclisdən çıxarkən Qazipura vəhşicəsində hücum edib.

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətini İsrail və ABŞ yaratmış və son illərdə türkmən və tarixi Azərbaycan ərazilərini də ilhaq etməklə kürd dövləti qurmağa cəhd göstərdilər.

Həmçinin yoxlayın

Aərbaycanın azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

GADTB: Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər …

Atəşkəsdən sonra İranda anti-Azərbaycan təbliğatı yenidən alovlanır

GADTB: İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibədən sonra atəşkəsə dair razılaşmanın əldə …

Bir cavab yazın