Bazar , Oktyabr 25 2026
azfa

Azərbaycan-Türkiyə münasibətləri özəldir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan parlamentinin yaranmasının 100 illiyi qeyd olunur. Dünyanın bir çox ölkələrindən parlament sədrləri bu münasibətlə keçirilən təntənəli iclasda iştirak ediblər. Bu, çox önəmli hadisədir. Azərbaycan-Türkiyə münasibətləri özəldir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Azərbaycanın sevinci bizim də sevincimizdir, kədəri bizim də kədərimizdir.

Bu Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib.

Türkiyə Böyük Millət Məclisinin sədri bildirib ki, ölkələrimiz arasında münasibətlər daha da genişlənir. Biz Qafqaz regionunun sabitliyi üçün enerji təhlükəsizliyi, nəqliyyat layihələrini birgə həyata keçiririk. Məsələn, TANAP sadəcə Türkiyə və Azərbaycan arasında olan layihə deyil, eyni zamanda, Cənubi-Şərqi Avropanın enerji ehtiyaclarını qarşılayan bir layihədir.

Binəli Yıldırım qeyd edib ki, hər iki ölkə yaxın iş birliyi qurarkən parlamentlər də onlara dəstək olmaq üçün birlikdə çalışır. Ölkələrimiz arasında parlament diplomatiyasını inkişaf etdiririk, bizim dostluq qruplarımız var. Hazırda Türkiyə-Azərbaycan əməkdaşlıq birliyini təşkil etmək istəyirik. Bu istiqamətdə işlərə başlamışıq.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın