Tirəxtur tərəfdarları Təbrizin Səhəns stadionunda milli şüarlar səsləndirdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün sentiyabr ayının 28-də Güney Azərbaycanın Tirəxtur komandasının tərəfdarları Səhəns stadionunda milli şüarlar səsləndirdilər. Stadionda Güney Azərbaycanın Tirəxtur komandası ilə Xuzistanın İstiqlal komandası yarışıb.

Azərbaycanlı tərəfdarlar yarışın 15-ci dəqiqəsində “Türk dilində mədrəsə- olmalıdır hər kəsə” şüarı səsləndiriblər. Beləliklə azərbaycanlı tərəfdarlar türk dilində təhsil tələb ediblər.

Həmçinin azərbaycanlı tərəfdarlar yarış ilk dəqiqələrində Azərbaycanı istəməyən qüvvələrə cavab olaraq, “Azərbaycan var olsun-istəməyən kor olsun” şüarı səsləndiriblər.

Stadionda ən azı 40 min azərbaycanlı tərəfdarın olduğu bildirilir.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Bir cavab yazın