Bazar , Oktyabr 25 2026
azfa

İran adlanan ölkə işğalçı Ermənistanla əlaqələrini genişləndirir

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, Ermənistana rəsmi səfər edən İran adlanan ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Edvard Nalbandyanla görüşündə iki ölkənin əlaqələrini yaxın adlandıraraq bildirib ki, İran-Ermənistan əlaqələrinin inkişafına heç bir maneə yoxdur.

İran adlanan ölkənin xarici işlər naziri erməni tərəfə deyib ki, enerji sahəsi və azad ticarət zonalarının imkanlardan yaxşı faydalanmalıyıq.

E.Nalbandyan isə İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı balanslaşdırılmış mövqeyinə görə həmkarına təşəkkürünü bildirib.

İran və Ermənistanın yaxşı qonşu olduğunu vurğulayan M. C. Zərif isə deyib ki, hər iki ölkə arasında son illər siyasi və iqtisadi sahələrdə əməkdaşlıq daha da fəallaşıb. O qeyd edib ki, Ermənistan regionda sülh və sabitliyin qorunması üçün çalışır.

Səfər çərçivəsində Ermənistan-İran biznes forumunun keçirilməsi gözlənilir.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın