Rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Abbas Lisanini yaxalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin təhlükəsizlik qüvvələri tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisanini bu gün yanvar ayının 5-də yaxaladı.

Azərbaycanlı fəalın Ərdəbildə evindən iş yerinə gedərkən yaxalandığı bildirilir.

Hələlik Abbas bəyin yaxalanmasının təfsilatı barədə heç bir məlumat yayılmayıb.

Qeyd edək ki, işğalçı fars rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsi 2018-ci il dekabrın 31-də Abbas Lisaniyə SMS göndərərək, Babək Qalası Qurultayı ilə bağlı 10 ay həbs cəzasına məhkum edib.

Azərbaycanlı fəala 10 ay həbs qiyabi mühakimə zamanı çıxarılıb. Abbas Lisani isə qiyabi hökmlə nəticələnən məhkəmə prosesini siyasi xarakterli və qanunsuz adlandıraraq, bildirib ki, qeyri-rəsmi və qanunsuz şəkildə məhkəməyə çağırıldığına məhəl qoymadığı kimi, hökmün icra olunması mərhələsində də müqavimət göstərəcək.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Bir cavab yazın