Bazar , Oktyabr 25 2026
azfa

Çində düşərgələrdə həbs edilən uyğur türklərinin sayı 3 milyona çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə həbs etdiyi uyğur türklərinin sayı 3 milyona çatıb. Bunu Dünya Uyğur Konqresinin (DUK) sədri İsa Dolkun bildirib.

O, düşərgələrin genişlədildiyinə dair sübutların olduğunu deyərək həmin məkanlarda ölən 350 uyğur mənşəli professorun adları olan siyahının əllərində olduğunu söyləyib.

İ.Dolkun vurğulayıb ki, 2018-ci ilin yanvarında həmin düşərgələrdə saxlanılan uyğur türklərinin sayı bir milyondan çox idi: “Düşərgədə saxlanılanların arasında 80-90 yaşlarında yaşlı insanlar da var. Sabah çox gec olacaq. İkinci Dünya müharibəsindən sonra dünya dövlətləri soyqırımın bir daha təkrarlanmayacağına söz vermişdilər. Ancaq indi Çində uyğurlara qarşı soyqırım həyata keçirilir”.

Qeyd edək ki, 2018-ci ildə Sincan-Uyğur Muxtar Bölgəsində (Şərqi Türküstanda) 1 milyon 120 min çin məmuru 1 milyon 690 min uyğur türkünün ailəsi daxilinə zorla yerləşdirilib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın