Bazar , Avqust 23 2026
azfa

Ərdəbildə müəllimlər etiraz aksiyası keçirdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dünən yanvar ayının 10-da Güney Azərbaycanın Ərdəbil şəhərində bir qrup müəllim 2 aydır əmək haqqı almadıqları və əmək haqlarının aşağı olması ucbatından etiraz aksiyası keçiriblər.

Müəllimlər müxtəlif plakarlar yazmaqla əmək haqlarının vaxtında ödənilməsini, tələbələrə pulsuz təlim haqqı verilməsini və müəllimlərin əmək haqlarının artırılmasını tələb ediblər.

Qeyd edək ki, son aylarda müəllimlər Güney Azərbaycanın müxtəlif şəhərlərində dəfələrlə etiraz aksiyası keçiriblər.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …

Bir cavab yazın