Cümə axşamı , Aprel 30 2026
azfa

Güney Azərbaycanın öyrənci cəmiyyətləri Zəhra Nəvidurun qətlinin araşdırılmasını istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycan 4 universitetinin öyrənci cəmiyyəti rejimin məclisinin sədrinə məktub yazaraq, Zəhra Nəvidpurun müəmmali ölümü və bununla əlaqədar Məlikanın deputatı Salman Xudadadi ilə bağlı məsələyə baxılmasını tələb ediblər.

Parlamentin sədri Əli Laricaniyə Təbriz Universiteti, Təbriz Azad Universiteti, Azərbaycan Şəhid Mədəni Universiteti və Təbriz Səhənd Sənaye Universitetinin “İslam əncüməni” cəmiyyətləri yazılı məktubla müraciət edib.

Öyrəncilər məktubda Əli Laricanidən Zəhra Nəvidpurun müəmmalı ölümü və bununla bağlı Salman Xudadadiyə qarşı iddialara baxılması tələb olunub.

Məktubun surəti Deputatların Davranışına Nəzarət Edən Heyətə və Şərqi Azərbaycan Deputatlar Birliyinə göndərilib.

Məlikanın deputatı Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb.

Nəvidpur ölümündən əvvəl Salman Xudadadi tərəfindən təcavüzə məruz qaldığı üçün məhkəməyə müraciət edib. Lakin millət vəkilinin tapşırığı ilə onun şikayətinə baxılmayıb və məhkəmə prosesi nəticə verməyib.

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …

Bir cavab yazın