GADTB Beynəlxalq Əlaqələr Dapartamentinin sədri sayın Mikayıl Oyta güneyli siyasi məhbuslara azadlıq tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan-Avstraliya Assosiasiyasının prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Dapartamentinin sədri sayın Mikayıl Oyta Quzey Azərbaycan mətbuatı ilə müsahibədə güneyli siyasi məhbuslara azadlıq tələb edib.

Sayın Mikayıl bəy Oyta  İran rejimini azərbaycanlı siyasi məhbusları, o cümlədən Abbas Lisanini azad etməyə çağırıb:

“Abbas Lisani və digər milli fəallarımız Azərbaycan türkcəsində təhsil hüququ tələb edir, milli kimlik uğrunda mübarizə aparırlar. İran rejimi Milli Hərəkatın qarşısını almaq üçün siyasi fəalları həbs edir, onlara  işgəncə verir. Molla rejimi bu yolla Mili Hərəkata mane ola bilməyəcək. Gec-tez Azərbaycan türkləri öz hüquqlarını bərpa edəcək”.

Mikayıl Oyta xarici ölkələrdə yaşayan soydaşlarımızı , azərbaycanlı siyasi məhbuslar və Abbas Lisaninin müdafiə kampaniyasına  qoşulmağa çağırıb:

“Biz güneyli məhbusları tək qoymamalıyıq. Beynəlxalq təşkilatlara durumla bağlı müntəzəm məlumat verməliyik. Biz  Azərbaycan-Avstraliya Assosiasiyası olaraq bununla bağlı Avstraliya hökumətinə müraciət etmişik”.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın