Çərşənbə axşamı , İyun 30 2026
azfa

Rejimin məhkəməsi azərbaycanlı fəal Səccad Monadinin 1 illik həbs cəzasını təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Səccad Monadinin 1 illik həbs cəzasını olduğu kimi təsdiqləyib.

Rejimin Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi aprelin 18-də Muğandan olan azərbaycanlı fəal Səccad Monadiyə göndərilən hökmdə onun həbs cəzasını təsdiqlədiyi bildirilib.

Həbs qərarının təsdiqinin səbəb kimi, rejimin Parsabadda yerləşən Bəsic Bölməsi komandanının raportu və fəalın açıq etiraf etməsi göstərilib. Halbuki, azərbaycanlı fəal özünmə qarşı irəli sürülən bütün saxta ittihamları rədd edib.

Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında irqçi fars rejimin Parsabadda yerləşən  Ettelaat İdarəsinin əməkdaşları Səccad Monadinin ata evinə hücum edərək, axtarış aparmış və fəala məxsus kompüter, flash kart, pasport və milli kartı özləri ilə aparıblar.

Rejimin Parsabadda yerləşən 2 saylı məhkəməsinin 102-ci şöbəsinin rəisi Firuz Fərahani Məzrəə Cahan 2019-cu il yanvarın 8-də azərbaycanlı fəala 1 illik həbs hökmü çıxarıb.

Azərbaycanlı fəal millətçi məhbuslara dəstək vermək və milli zəmində fəaliyyət göstərmək ittihamı ilə həbs cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Kari Evin həbsxanasında aclıq aksiyasına başlayıblar

GADTB: Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəallar Abbas Lisani və Yusif Kari bu gün, 8 …

Təbriz səhiyyə işçiləri əmək haqqı ayrı-seçkiliyinə etiraz edir

GADTB: Təbriz Səhiyyə Mərkəzinin əməkdaşları Təbriz Tibb Universitetinin qarşısında toplaşaraq maaşların ödənilməsində ayrı-seçkiliyə və bəzi …

Bir cavab yazın