Çökməkdə olan irqçi fars rejim ABŞ-a xəbərdarlıq edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iqtisadiyyatı ABŞ-ın sanksiyaları qarşısında çökən irqçi fars rejim ABŞ-a xəbərdarlıq etməkdədir.

Rejimin xarici işlər naziri Məhəmməd Cavad Zərif CNN kanalına müsahibəsində deyib ki, “Vaşinqton Tehrana hörmət etmədikcə, Prezident Donald Tramp ilə müzakirə aparılmayacaq. Vaşinqton bölgədə gərginliyi artırmağa çalışsa, əvəzini ağır ödəyəcək”

Onun sözlərinə görə, ABŞ Tehrana hörmət etmədikcə, Prezident Donald Tramp ilə müzakirə aparılmayacaq. Zərif ABŞ-ın bölgədə hərbi mövcudluğunu artıraraq təhlükəli bir oyuna başladığını diqqətə çatdırıb.

İranlı nazir ABŞ-ın “USS Abraham Linkoln” aviadaşıyıcısını Fars körfəzinə göndərməsini tənqid edib: “Bu qədər hərbi texnikanın kiçik bir bölgədə olması hadisə üçün zəmin hazırlamaq deməkdir”.

O, İranın nüvə razılaşması ilə bağlı dözümlü bir şəkildə hərəkət etdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti İraqda fəaliyyət göstərən şəxsi heyətə İranla gərginlikdən dolayı dərhal ölkəni tərk etmək üçün təlimat verib. İran nüvə proqramı üzrə imzaladığı Əhatəli Razılaşma Müqaviləsinin bəzi öhdəliklərinin icrasını dayandırdığını rəsmi olaraq elan edib.

İran və “altılıq” ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. 2018-ci il mayın 8-də ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı Prezident Donald Tramp imzalayıb. ABŞ İranla yeni saziş bağlanmayana qədər bu ölkəyə qarşı sanksiya tətbiq edəcəyini bildirib. Xatırladaq ki, ABŞ İrandan gələn təhdidlərə qarşı tədbir məqsədi ilə “USS Abraham Linkoln” təyyarə gəmisi ilə 4 nüvə tutumlu “B-52” bombardımançı təyyarələrini Fars körfəzinə göndərib.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın