Abbas Lisaninin aclıq aksiyasının 3-cü günündə Hamid Allahverdipur Əhər zindanında aclıq aksiyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı fəal Abbas Lisaninin aclıq aksiyasının 3-cü günündə rejim tərəfindən Əhərdə zindana salınan azərbaycanlı milli-mədəni fəal Hamid Allahverdipur aclıq aksiyasına başladı.

Abbas Lisani və digər azərbaycanlı siyasi məhbuslara dəstək məqsədi ilə azərbaycanlı siyasi məhbus Hamid Allahverdipur 2019-cu il mayın 29-dan 5 günlük aksiyaya başlayıb. Azərbaycanlı fəal mayın 28-də saxlandığı zindanın məsullarına məktub yazaraq bu barədə məlumat verib.

Fəal yazdığı məktubda türk millətinin hüquqları uğrunda mədəni mübarizə aparan fəalların saxlanması və onlara qarşı dosye təşkil olunması ədalətsizlik adlandırılıb və bu hərəkətin insan hüquqları konvensiyalarına zidd olduğumu qeyd edib.

Qeyd edək ki, rejimin Ərdəbildə yerləşən zindanında həbs edilən Abbas Lisani hüquqlarının kobud şəkildə pozulması ilə bağlı aclıq aksiyasına başlayıb.

Həmçinin ötən günlərdə Əhər zindanının məsulları Hamid Allahverdipurun adını Rəməzan ayı münasibəti ilə məzuniyyətə buraxılan məhbusların siyahısına daxil etməmişdir.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın