Bazar , Sentyabr 27 2026
azfa

ABŞ senatı F-35 təyyarələri ilə bağlı Türkiyəyə qarşı qanun qəbul etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Senatı müdafiə büdcəsinin 2020-ci ilə olan layihəsində Türkiyəyə beşinci nəsil F-35 təyyarələrinin verilməsinə dair qadağanı qəbul edib.

Sənədin lehinə 86, əleyhinə isə səkkiz senator səs verib.

Bundan sonra senatorlar və Nümayəndələr Palatasının üzvləri birgə büdcə layihəsi hazırlayıb dövlət başçısına təqdim etməlidirlər.

Bildirilir ki, qadağa yalnız Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməsi və gələcəkdə bu sistemləri ümumiyyətlə almayacağına dair “etibarlı zəmanət” verməsindən sonra aradan qaldırıla bilər.

Qeyd edək ki, rəsmi Ankara Rusiyadan S-400 sistemlərini almaqdan imtina etməyəcəyini bəyan edib. Komplekslərin ilk partiyası Türkiyəyə iyulda çatdırılmalıdır.

ABŞ bəyan edir ki, S-400 sistemləri NATO standartlarına uyğun deyil.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın