Çərşənbə axşamı , May 5 2026
azfa

İrqçi fars rejimin zənginləşdirdiyi uranın miqdarı müəyyən edilmiş həddi keçib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim zənginləşdirilmiş uran limitini nüvə sazişində müəyyən edilən 300 kq həddinin üzərinə çıxaracağını açıqlayıb.

Beynəlxalq Atom Enerjisi Qurumu ötən çərşənbə günündən bu yana İranın zənginləşdirilmiş uranın miqdarını ölçüb. Nəticədə, miqdarın 300 kq-dan artıq olduğunu təsbit edib.

Qurumun sözçüsü Bəhruz Kamalıverdi iyunun 26-da verdiyi açıqlamada Avropa ölkələrinə verilən müddətin başa çatmasından sonra zənginləşdirilmiş uranın miqdarının artacağını demişdi.

Mayın 8-də saziş tərəfləri olan ölkələrə 60 gün müddət verən İran ABŞ-ın sanksiyalarına qarşı uranın zənginləşdirilməsinə davam edəcəyini bildirmişdi.

Həmçinin yoxlayın

Qeşm adası və Bəndər Abbasda güclü partlayış səsləri eşidilib

GADTB: Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib. Bu …

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …

Bir cavab yazın