Cümə axşamı , Oktyabr 29 2026
azfa

Britaniya irqşi fars rejimə görə körfəzdə hərbi mövcudluğunu artırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, London və Tehran arasında münasibətlərin gərginləşməsi fonunda Britaniya öz ticarət gəmilərini Fars körfəzində qorumaq üçün buradakı mövcudluğunu gücləndirmək niyyətindədir. Bu bharədə “Doyçe Velle” açıqlama yayıb.

Məlumata görə, Britaniya vaxtında əvvəl bölgəyə “Duncan” gəmisini “Montrose” hərbi gəmisini əvəz etmək üçün göndərəcək. London həmçinin öz ticarət gəmiləri üçün xəbərdarlıq səviyyəsini maksimal həddə çatdırıb.

Qeyd edək ki, bundan öncə İran İslam İnqilabı Keşikçilər Korpusunun hərbi gəmiləri Britaniyanın neft tankerini mühasirəyə alaraq ələ keçirməyə cəhd etmişdilər. Sonrada SEPAH bu məlumatı təkzib etsə də Britaniya Müdafiə Nazirliyi təsdiq etmişdi.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …

Bir cavab yazın