ABŞ irqçi fars rejimin təxribatına görə Ərəbistana ordu və “Patriot” göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Səudiyyə Ərəbistanına İranla münasibətlərdə artan gərginlik fonunda əlavə 500 hərbçi göndərməyi planlaşdırır.

Bu məlumatı CNN öz mənbələrinə istinadən yayıb. Televiziya hərbçilərin hazırda İran raketlərinin radiusundan kənarda yerləşdiyi Şahzadə Sultan aviabazasında olduğunu bildirib. Aviabazaya “Patriot” sistemlərinin yerləşdirilməsinə hazırlıq görən texniki personal da gəlib.

Hərbçilərin həmçinin aerodromun və uçuş-enmə zolağının təkmilləşdirilməsi ilə məşğul olacağı bildirilib. Aviabazanın F-22 qırıcıları üçün də istifadəsi nəzərdə tutulub.

Pentaqon rəsmiləri CNN-in informasiyasını şərh etməyib. Rəsmi Ər-Riyad da məlumatı təsdiqləməyib.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın