Tramp: “İran sadəcə problem çıxarmaqla məşğuldur”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Donald Trapm irqçi fars rejimin Körfəzdə gəmiləri qaçırmasına toxunaraq deyib ki, “İran sadəcə problem çıxarmaqla məşğuldur”.

İranın İngiltərəyə aid neft tankerini Hörmüz boğazında girov götürməsindən danışan ABŞ lideri bildirib ki, məsələni yaxından izləyir və İngiltərə rəsmiləri ilə bu barədə müzakirələr aparacaq.

“ABŞ öz neft qaynaqlarından istifadə edir. Buna görə də o bölgədə çox sayda neft tankeri yoxdur. Bölgədəki ABŞ gəmilərinin çoxlu döyüş məqsədlidir”, – Tramp qeyd edib.

Məsələ ilə bağlı digər bir açıqlama isə Ağ Evdən gəlib. Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Qaret Markus məsələni nəzarətə götürdüklərini, ABŞ-ın İranın təhdidlərinə qarşı müttəfiqləri ilə birgə bölgədə işinə davam edəcəyini yazılı açıqlamasında vurğulayıb.

Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu Fars körfəzində Böyük Britaniyaya məxsus “Stena Impero” neft tankerini saxlayıb. Tankerin saxlanılma səbəbi kimi beynəlxalq qaydaları pozulması göstərilib.

Britaniya hökuməti tankerin saxlanılmasına görə təcili iclas çağırıb.

Həmçinin yoxlayın

Ərdoğan: Biz Suriyaya addım atmadıq, ancaq Suriyanı indiki vəziyyətinə gətirdik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya addım atmadıqları …

Güney Azərbaycandan olan fəallar Azərbaycan hökuməti ilə həmrəylik nümayiş etdiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Güney Azərbaycandan …

Bir cavab yazın