Bazar , Oktyabr 25 2026
azfa

İrqçi fars rejim imzaladığı nüvə sazişini 3-cü mərhələdə pozmağa hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim imzaladığı nüvə sazişini 3-cü mərhələdə pozmağa hazırlaşır. Bunu rejimin Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib.

A.Musəvinin sözlərinə görə, indiyədək Hərtərəfli Birgə Fəaliyyət Planındakı avropalı tərəflərin öhdəliklərini yerinə yetirməsi haqda məsləhətləşmələr nəticə verməyib.

Nazirlik sözçüsü əlavə edib ki, İran qalan müddət ərzində diplomatik səylərin hansı nəticəyə çatacağını gözləyir:

 “Həmin nəticədən sonra Hərtərəfli Birgə Fəaliyyət Planına İranın Ali Nəzarət Şurası hansı addımın atılması haqda qərar verəcək”.

Qeyd edək ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Bu planın avropalı üzvləri sazişi qorumaq istiqamətində 2019-cu ilin yanvar ayında İranla ticarəti davam etdirmək üçün İNSTEX maliyyə mexanizminin yaradıldığını bəyan ediblər. İran saziş tərəflərinin öz öhdəliklərini yerinə yetirmədiklərini əsas götürərək 8 mayda sazişdə nəzərdə tutulan 300 kiloqramdan artıq uranın satışı ilə bağlı öhdəlikləri dayandırdığını bəyan edib. İran 7 iyulda uranın 3,67%-lik zənginləşdirilməsi və Ərak Ağır Su reaktorunun rekonstruksiyası ilə bağlı nüvə sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcəyini elan edib. İranın Avropa tərəfinə verdiyi 60 günlük vaxt 7 sentyabrda başa çatır.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın