Şənbə , Oktyabr 24 2026
azfa

Türk şəhəri Bocnurdda noğull fəstivalı keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bocnurd şəhərinin Beşqardaş bölgəsində Birinci Bocnurd Noğull şəhəri adlı festival keçirilib.

Bu barə də Şimali Xorasan vilayətinin ticarət rəisi açıqlamasında bildirib. Açıqlamada qeyd olunub ki, festival Bucnurd noğulunun brend kimi təqdim etməsi üçün keçirilib.

Ticarət Palatasının rəisi deyib: “Məsul şəxslər bu sahədə olan problemlərə diqqət ayırmalıdır. Ümid edirik Bucnurd şəhərinin sovqatları, xüsusilə, yaxşı tanınan noğulu üçün, bir bazar tikilsin və bu məhsul daha da yaxşı tanınsın. Bu şəhərdə noğul istehsalı tarixi 1284 hicri qəməri ilinə (1860-cı illər) gedib çıxır. Şəhərin ən əsas sovqatıdır. 240-dan çox sex bu məhsulun istehsalına məşğuldur”.

Qeyd edək ki, Bucnurd şəhəri Şimali Xorasan vilayətinin mərkəzidir. Bu vilayətin sakinləri ümumiyyətlə türkmən və əfşar türkləridir. Nadir şah Əfşar da həmin bölgədən olub.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın