Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Rejim azərbaycanlı fəal Rəhim Qulamiyə verdiyi 1 illik həbs cəzasını təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycanın Ərdəbil şəhərində yerləşən Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı fəal, şair və yazıçı Rəhim Qulamiyə “Xomeynini təhqir etmək” ittihamı ilə verdiyi 1 il həbs cəzasını olduğu kimi təsdiqlədi.

Qeyd edək ki, azərbaycanlı fəalın apelyasiya məhkəməsi avqustun 27-də keçirilib.

Azərbaycanlı fəal şərlənərək, prokurorluğun hazırladığı iddianamədə “sistemin əleyhinə təbliğat aparmaq”, “GAMAC Təşkilatına üzv olmaq” və “Xomeyni”ni təhqir etməkdə ittiham olunmuşdur. Lakin o rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında birinci iki ittihamdan bəraət alıb və, “Xomeyni”ni təhqir etmək ittihamı ilə isə 1 il həbs cəzasına məhkum edilib.

Azərbaycanlı fəal məhkəmə prosesi zamanı irəli sürülən bütün ittihamları rədd edərək məhkəməni müstəqilliyini qorumağa və təhlükəsizlik orqanlarında quraşdırılan dosyelərdən asılı olmamağa çağırıb.

Azərbaycanlı yazıçı və şair Rəhim Qulami “Yaylıq” nəşr evi  tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.

Həmçinin yoxlayın

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Quluncu kəndində tarixi türkcə məhəllə adları bərpa edilib

GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks …

Bir cavab yazın