Cümə , Avqust 28 2026
azfa
Qaynar xəbər

İrqçi fars rejimin dağıdıcı siyasəti nəticəsində avtomobil istehsalı yarıyadək azaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim dağıdıcı siyasətlə bütün sahələri tənəzzülə uğradıb. Həmin sahələrdən biri də avtomobil istehsalıdır. Bu ilin avqust ayında avtomobil istehsalı keçən ilin avqustu ilə müqayisədə 50 faizədək azalıb, halbuki, sənaye naziri dəfələrlə avtomobil istehsalının artacağına söz verib.

Bu ilin avqust  ayında İranda avtomobil istehsalı 47 min 317 ədədə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,1 faiz azalma deməkdir. Sərnişin avtomobillərinin istehsalı da 43 min 758 ədədə qədər azalıb ki, 2018-ci ilin avqust ayı ilə müqayisədə 47,7 faiz azalma göstərir.

Avqust ayında İran Khodro şirkətinin istehsal həcmi 58.7 faiz azalıb və Saipa Avtomobil Korporasiyası da 2018-ci ilin avqust ayı ilə müqayisədə avtomobil istehsalında 23.4 faiz azalma ilə üzləşib.

Bu ilin ilk beş ayında müxtəlif növ avtomobillərin istehsal vəziyyəti ilə bağlı da, 2018-ci ilin ilk beş ayı ilə müqayisədə 39,8 faiz azalmanı qeyd etmək lazımdır. Həmçinin bu ilin ilk beş ayında sərnişin avtomobillərinin istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 40,8 faiz azalıb.

İran Khodro Sənaye Korporasiyası bu ilin ilk beş ayında müxtəlif növ avtomobillərin istehsalı üzrə 39.7 faiz, sərnişin avtomobillərinin istehsalı üzrə isə 39.1 faiz azalma ilə qarşılaşıb.

Bu ilin ilk beş ayında Saipa Korporasiyasında müxtəlif model avtomobillərin istehsalı 28.5 faiz və sərnişin avtomobillərinin istehsalı 31.5 faiz azalıb.

Həmçinin yoxlayın

Vaynet: İqtisadi böhran və tərəfdarlar arasındakı narazılıq İran İslam Respublikasını təzyiq altında saxlayır

GADTB: İsrailin “Vaynet” xəbər saytı yayımladığı təhlildə İran İslam Respublikasının ən mürəkkəb böhranlarından biri ilə …

Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhidin Təbriz Mərkəzi Həbsxanasının 3-cü ümumi bölməsinə köçürüldüyü bildirilir

GADTB: Azərbaycanlı milli fəal Mir Məhəmmədrza Müvəhhid hökmünün icrası üçün müraciət etdikdən sonra Təbriz Mərkəzi …

Bir cavab yazın