Türkiyənin “Yavuz”u Şərqi Aralığa göndərməsi türk düşmənlərini narahat edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Yavuz” qazma-kəşfiyyat gəmisini Şərqi Aralığa göndərməsi türk düşmənlərini narahat edir.

Rusiya Xarici İşlər Nazirliyinin Türkiyənin “Yavuz” qazma-kəşfiyyat gəmisini Şərqi Aralığa göndərməsini şərh edən bəyanatında deyilib ki, Kiprin azad iqtisadi zonasında gərginliyin artmasını dərin narahatlıqla izləyirik.

“Beynəlxalq hüquq prinsipləri kənara qoyulmamalı və mübahisəli məsələlər sülh yolu ilə həll edilməlidir. Kipr probleminə daimi, ədalətli və ada sakinlərinin mənafeyinə xidmət edəcək həll yolu tapılması məqsədilə yenidən müzakirələrin başladılmasını dəstəkləyirik. BMT TŞ-nin daimi üzvlərindən biri olaraq yardıma hazırıq”, – deyə bildirilib.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …

Bir cavab yazın