Şənbə , Oktyabr 24 2026
azfa

İrqçi fars rejimin əlaltıları Ərdəbildə kömür filminin nümayişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin əlaltıları Ərdəbildə kömür filminin nümayişinə qadağa qoyub. Halbuki, tükcə hazırlanmış bu kino Tehran və Təbrizdə nümayiş etdirilərək əhali tərəfindən böyük coşqu ilə qarşılanmışdır.

Rejimin Ərdəbildə yerləşən İraşd İdarəsi antitürk yanaşma ilə Kömür kinosunun nümayiş etdirilməsinə qadağa qoyaraq, həmin kinonun guya pantürkistlərin fəaliyyətinə zəmin yaradacağını iddia etmişdir.

Hələlik rejimin heç bir rəsmisi cavab vermir ki, necə olur Təbriz və Tehranda həmin kino nümayiş etdirilir və heç bir hadisə baş vermir. Lakin Ərdəbildə nümayiş etdiriləcəyi təqdirdə pantürkistlərin fəaliyyətinə şərait yaranacaq?

Azərbaycan türk milləti rejimin əlaltılarının bu qərəzli mövqeləri ilə bağlı cavab vermələrini istəyir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın