Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Rejim həbs etdiyi azərbaycanlı fəal Rəhim Qulaminin müalicəsinə mane olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Ərdəbil zindanında həbs etdiyi azərbaycanlı milli-mədəni fəal, yazıçı və şair Rəhim Qulaminin müalicəsinə mane olur. Halbuki, azərbaycanlı fəalın sağlıq durumu olduqca kritikdir.

Azərbaycanlı fəalın təngnəfəslik və böyrək çatışmazlı əziyyət çəkir və sağlıq vəziyyəti ağırlaşıb. Lakin fəala müalicəsini davam etdirmək üçün icazə vermirlər.

Azərbasycanlı fəal Rəhim Qulami yaxınları ilə telefon danışığı zamanı sağlıq durumunun yaxşı olmadığını deyib: “Artıq ağrıkəsici də yaramır. Xəstəxanada müalicə almaq üçün zindan məsullarına dəfələrlə müraciət olunub. Lakin heç bir nəticə yoxdur”.

R.Qulami böyrək xəstəliyilə yanaşı təngnəfəslikdən əziyyət çəkdiyini də bildirib ki, həkimin tapşırığı ilə spreydən istifadə edir. Lakin böyrək xəstəliyi ağırlaşdıqdan sonra təngnəfəsliyi də ağırlaşıb və sağlıq durumu daha da pisləşir.

Rəhim Qulami və digər azərbaycanlı fəal Muctaba Pərvin ağır cinayətlərdə ittiham olunan təhlükəli məhbuslarla eyni korpusda saxlanılır. Təhlükəsizlik orqanları fəalların digər bölmə, o cümlədən tanınmış fəal Abbas Lisaninin saxlandığı bölməyə köçürülməsinə imkan vermir.

Qeyd edək ki, azərbaycanlı fəal sentyabrın 17-də 1 illik həbs cəzasını çəkmək üçün Ərdəbil zindanında həbs olunub. Azərbaycanlı fəalın apelyasiya məhkəməsi avqustun 27-də keçirilib.

Azərbaycanlı fəal şərlənərək, prokurorluğun hazırladığı iddianamədə “sistemin əleyhinə təbliğat aparmaq”, “GAMAC Təşkilatına üzv olmaq” və “Xomeyni”ni təhqir etməkdə ittiham olunmuşdur. Lakin o rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında birinci iki ittihamdan bəraət alıb və, “Xomeyni”ni təhqir etmək ittihamı ilə isə 1 il həbs cəzasına məhkum edilib.

Azərbaycanlı fəal məhkəmə prosesi zamanı irəli sürülən bütün ittihamları rədd edərək məhkəməni müstəqilliyini qorumağa və təhlükəsizlik orqanlarında quraşdırılan dosyelərdən asılı olmamağa çağırıb.

Azərbaycanlı yazıçı və şair Rəhim Qulami “Yaylıq” nəşr evi  tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın