Rejimin Apellyasiya Məhkəməsi Ulduz Qasimi, Əmir Səttari və Cavad Əhmədi Yekanlıya bəraət verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qərbi Azərbaycanda yerləşən Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi noyabrın 2-də azərbaycanlı milli-mədəni fəallar Ulduz Qasimi, Əmir Səttari və Cavad Əhmədi Yekanlıya barəsində bəraət qərarı çıxarıb.

Azərbaucanlı fəallar Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari 2018-ci il mayın 25-də daha bir neçə fəalla birlikdə Sulduzda 2006-cı ildə Milli Qiyam zamanı öldürülmüş sulduzlu şəhidlərin məzarı başında keçirilən mərasimlə bağlı yaxalanmışdır. Fəalların əksəriyyəti yaxalandığı gün  buraxılsa da Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari bir neçə gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxılıblar.

Yanvarın 16-da mədəni fəaliyyətinə görə hazırda Təbriz zindanında 7 aylıq həbs cəzasını çəkməkdə olan Əmir Səttariyə məhkəmə iclasına qatılmaq icazəsi verilməmişdir.

Azərbaycanlı fəal Ulduz Qasimi isə 2018-ci il noyabrın 10-da rejimin Sulduzda yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 1 il həbs cəzasına məhkum edilib. Məhkəmə hökmü daha sonra həbs cəzasını 50 milyon rial cərimə ilə dəyişdirib.

Azərbaycanlı fəallar daha sonra günahsız olduqları üçün bəraət almışdılar.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Bir cavab yazın