GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın başkəndi Təbrizdə səhər tezdəndən başlanan etirazlar güclənərək davam edir. Təbrizin bütün məhəllələrini bürüyən etirazlarda əhali rejimin qüvvələrinin hücumuna mərdliklə sinə gərib.
Toqquşmalar bir sıra məhəllələrdə davam etməkdədir. Təbrizdə polisləri etirazları yatırmaq üçün gətirən avtobus yandırılıb. Həmçinin rejimin xüsusi qvardıyasının motosikletləri etirazçılar tərəfindən yandırılıb.
Təbrizdə bəzi bölgələrdə benzindoldurma məntəqələri də yandırılıb. Əhalinin etirazı və toqquşmaların davam etdiyi xəbəri gəlir.