Çərşənbə , Oktyabr 28 2026
azfa

Güney Azərbaycanda etirazlar gecə boyu davam edib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda irqçi fars rejimə qarşı etirazlar gecə boyu davam edib.

Təbrizin Yekədükan və Qırxmetir məhəllələrində gecə davam edən etirazlar zamanı bir benzindoldurma məntəqəsi yandırılıb. Təbrizin həmçinin bir sıra məhəllələri, o cümlədən Hökməvar və s. məhəllələrdə də gecə boyu əhalinin etirazı davam edib.

Güney Azərbaycanın Zəncan şəhərində də etirazlar gecə boyu davam edib. İrqçi fars rejimin polis qüvvələri Zəncanın Dilcuyi prospektində etirazçıları dağıtmaq üçün göz yaşardıcı qaz, bibərqazı spreyi və su şırnaqlarından istifadə edib.

İrqçi fars rejim Güney Azərbaycanın əksər şəhərlərində etirazlar barədə məlumatın çatdırılmaması məqsədilə interneti kəsib. Nəticədə gecə boyu davam edən etirazlar barədə məlumat kəsb edib, video və şəkillər almaq mümkün olmayıb.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın