Tehranda təyyarə qəzası nəticəsində 200-ə yaxın nəfər öldü

İran adlanan yerdə Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğrması nəticəsində göyərtədəki insanların hamısı həyatını itirib.

Bu barədə rejimin dövlət televiziyası məlumat verib.

“Göyərtədə olan 170 sərnişin və 10 heyət üzvünün hamısı həyatını itirib” – deyə açıqlamada bildirilir.

İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi IRINN-ə verdiyi açıqlamada bildirib ki, hazırda sərnişinlərin meyitləri toplanmaqdadır.

İranda Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, “Boeing 737” tipli layner İmam Xomeyni adına beynəlxalq hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb.

Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …

Bir cavab yazın