Şənbə , İyun 27 2026
azfa

Gündəlik Arxivlər: İyun 26, 2026

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta birjası 2019-cu ildən bəri İranla əlaqəli təxminən 3,84 milyard dollar vəsaitin hərəkətində əsas platformalardan biri olub. Nəşrin istinad etdiyi TRM Labs şirkətinin məlumatına görə, İranla əlaqəli kriptovalyuta cüzdanları CoinEx vasitəsilə milyardlarla dollar köçürüb. Hesabatda platformanın …

Ətraflı oxu »

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə olunacağı təqdirdə Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə təminat verilməyəcəyini bildirib. Kazım Qəribabadi cümə günü X sosial şəbəkəsində yazıb: “İranın sahilyanı dövlət kimi nəzərə alınmadığı, qeyri-müəyyən mexanizmlərə, alternativ marşrutlara və ya İranın mövqeyindən kənarda qəbul edilən …

Ətraflı oxu »

Qədim türk yurdu Krım üzərində mübarizə kəskinləşir

GADTB: Qədim türk yurdu Krım üzərində mübarizə kəskinləşir. Ukrayna ordusu Krımın azad olunması əməliyyatına hazırlığa başlayır. 2022-ci ildə bəri Qılburun dilinə nəzarət edən ruslar oradan qaçmağa başlayıblar. Nikolayev vilayətində yerləşən Qılburun dili 2022-ci ilin mart ayında Xerson istiqamətində irəliləyən ruslar tərəfindən işğal olunub. Son həftələr ərzində USQ o ərazidə logistikanı …

Ətraflı oxu »

ABŞ Türkiyəyə 700 milyon dollarlıq reaktiv mühərrik satır

GADTB: ABŞ Türkiyəyə 700 milyon dollarlıq reaktiv mühərrik satışı ilə bağlı razılığa gəlib. Bu barədə “Röyters” məlumat yayıb. “Prezident Donald Tramp administrasiyası Konqresə Türkiyəyə 700 milyon dollardan çox dəyəri olan onlarla reaktiv mühərrik satmaq niyyəti barədə rəsmi olaraq məlumat verib. Türkiyənin 2019-cu ildə əldə etdiyi Rusiya müdafiə sistemlərinə sahib olması …

Ətraflı oxu »

ABŞ körfəzdəki bazalarının bir hissəsini İsrailə köçürməyi nəzərdən keçirir

GADTB: “Wall Street Journal” qəzetinin yaydığı məlumata görə, ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrinin yerləşdirilməsini yenidən qiymətləndirir və körfəz ölkələrində yerləşən bazalarının və əməliyyatlarının bir hissəsini İsrailə köçürmək imkanını nəzərdən keçirir. Məlumata əsasən, peyk görüntüləri göstərir ki, Bəhreyndə yerləşən ABŞ-ın mühüm hərbi-dəniz bazasına İran İslam Respublikasının hücumları nəticəsində dəyən zərər Vaşinqtonun …

Ətraflı oxu »

Qrossi: Müharibədən sonra İran üçün çox güclü yoxlama və məlumatların düzgünlüyünün təsdiqləmə sistemi lazımdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi cümə günü bildirib ki, İranla ABŞ arasında müharibənin başa çatdırılmasına yönəlmiş anlaşma memorandumunun həyata keçirilməsi üçün İranda çox güclü yoxlama və nüvə fəaliyyəti barədə məlumatların düzgünlüyünün təsdiqləmə sistemi yaradılmalıdır. Qrossi Yaponiyada keçirdiyi mətbuat konfransında deyib: “Mənim fikrimcə, bu anlaşma memorandumunun məqsədi …

Ətraflı oxu »

Mədəni nəzir kimi Zəncanda uşaqlar arasında türk dilində kitablar paylanıb-Video

GADTB: Aşura günü Zəncan şəhərində fəaliyyət göstərən “Sevinc Book” (Sevinc Book) mədəniyyət qrupu mədəni nəzir aksiyası çərçivəsində uşaqlar arasında türk dilində kitablar paylayıb. Bu proqram mütaliə mədəniyyətinin təşviqi, dil kimliyinin gücləndirilməsi və uşaqlarda kitab oxumağa marağın artırılması məqsədilə təşkil olunub və tədbir iştirakçısı olan bəzi ailələr və uşaqlar tərəfindən maraqla …

Ətraflı oxu »

ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər

GADTB: ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib ki, İsveçrədəki danışıqların əsas nəticələrindən biri gələcəkdə eskalasiyanın qarşısını almaq üçün ABŞ ilə İslam Respublikası arasında birbaşa hərbi rabitə kanalının yaradılmasına dair ilkin razılıq olub. “Danışıqlarda məqsədlərimizdən biri gərginliyi azaltmaq üçün rabitə kanalının yaradılması idi”, — deyə Vens qeyd edib. Onun sözlərinə görə, …

Ətraflı oxu »