Şənbə , İyul 18 2026
azfa

Gündəlik Arxivlər: İyun 27, 2026

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı İlham Cavanşir bildirib ki, həyat yoldaşı artıq 10 gündür hər cür telefon danışığı və ailə ilə görüş hüququndan məhrum edilib. İlham Cavanşir İnstaqram hesabında paylaşdığı hekayədə yazıb ki, Əli Babayi altı aylıq həbsdən sonra hazırda …

Ətraflı oxu »

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə olduğunu göstərib. İran Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan “Noornews” saytının yaydığı məlumata görə, respondentlərin təxminən 80 faizi cəmiyyətdə ədalət və bərabərliyin mövcud olmadığına inanır. Sorğunun nəticələrinə əsasən, iştirakçıların təxminən 60 faizi ölkədə vəziyyətin …

Ətraflı oxu »

Dey ayı etirazlarında saxlanılan təxminən 30 nəfər Saveh həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: 1404-cü ilin dey ayı etirazları zamanı saxlanılan və hazırda Mərkəzi ostanın Saveh Mərkəzi Həbsxanasında saxlanılan təxminən 30 nəfər, barələrində çıxarılan ağır və ədalətsiz hökmə etiraz olaraq kütləvi aclıq aksiyasına başlayıb. Etiraz aksiyası bu gün, 1405-ci il tir ayının 5-də (cümə günü) həbsxananın müxtəlif bölmələrində koordinasiyalı şəkildə başlayıb. Məlumata görə, …

Ətraflı oxu »

Ərşad Salihi Cənubi Azərbaycan türklərinin Türk Dünyası toplantılarında iştirakını istəyib-Video

GADTB: İraq Türkmən Cəbhəsinin keçmiş sədri və İraq türkmənlərinin tanınmış siyasi simalarından olan Ərşad Salihi, Bakıda keçirilən II “Türkmən İrsi: Vətəndaş Cəmiyyəti Təşkilatlarının Həmrəyliyi” Forumunda türkdilli xalqlar arasında əməkdaşlığın və inteqrasiyanın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, gələcək toplantılarda Cənubi Azərbaycan türklərinin də iştirak etməsinin zəruri olduğunu bildirib. Salihi gələcəkdə keçiriləcək “Türkmən …

Ətraflı oxu »

SEPAH ABŞ qüvvələrinə hücum etdiyini iddia edir

GADTB: ABŞ-ın İranın cənubunda yerləşən raket və pilotsuz uçuş aparatı bazalarına, eləcə də bir radar obyektinə hücumundan sonra, terror təşkilatı SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) yaydığı bəyanatda bölgədəki ABŞ qüvvələrinin yerləşdiyi məntəqələri hədəf aldığını iddia edib. SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin qısa bəyanatında bildirilib ki, ABŞ hücumlarını təkrarlayacağı təqdirdə, “SEPAH-ın cavabı …

Ətraflı oxu »

ABŞ İranın raket və dron anbarlarına, həmçinin sahil radar obyektlərinə zərbələr endirib

GADTB: İranın  iyunun 25-də Oman sahilləri boyunca Hörmüz boğazını tərk edən Sinqapur bayrağı altında üzən M/V Ever Lovely yük gəmisinə dron hücumuna cavab olaraq atılıb ABŞ İranın raket və dron anbarlarına, həmçinin sahil radar obyektlərinə zərbələr endirib. CENTCOM bu hücumu atəşkəsin açıq şəkildə pozulması və naviqasiya azadlığına təhdid kimi qiymətləndirib. …

Ətraflı oxu »

“Əli Əmanzadə” barədə hökm çıxarıldı: Elektron qandalla həbs cəzası

GADTB: Şərqi Azərbaycan əyalətinin cinayət məhkəməsi Təbriz sakini Əli Əmanzadə ilə bağlı iş üzrə qərarını açıqlayıb. Qərara əsasən, o, ittihamlardan biri üzrə bəraət alıb, digər ittiham üzrə isə həbs cəzasına məhkum edilib. Məhkəmə qərarında bildirilir ki, ona qarşı irəli sürülmüş “rejim əleyhinə təbliğat aparmaq” ittihamı “kütləvi SMS göndərməklə insanları müharibəyə …

Ətraflı oxu »