Azərbaycanlı fəalların etirazından sonra İranın rəsmi saytı Azətrbaycan xəritəsindəki təhrifə görə üzr istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı falların Güney Azərbaycanda ciddi etirazından sonar İranın Rəsmi dövlət Yollarının İdarəçiliyi saytı Dağlıq Qarabağ bölgəsini “respublika”  göstərdiyinə görə üzr istəməyə və düzəliş etməyə məcbur olub.

Artıq rejimin “141.ir” rəsmi saytı Qarabağ Respublikası sözünü silib və lazımi düzəlişi edib.

Qeyd edək ki, işğalçı Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsi İran Rəsmi dövlət Yollarının İdarəçiliyi saytı (141.ir) “respublika” kimi təqdim edilmişdi.

Bu isə azərbaycanlı fəalların ciddi etirazına səbəb olmuş və onlar saytları və sosial şəbəkələrində buna etiraz etmişlər.

Həmçinin yoxlayın

Molla rejimi quşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Quşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …

Nobitex-in İranın hakim dairələri ilə dərin əlaqələri üzə çıxdı

GADTB: Reuters agentliyi İranın ən böyük kriptovalyuta birjası olan Nobitex ilə İslam Respublikasının keçmiş xarici …

Bir cavab yazın