Bazar ertəsi , Avqust 31 2026
azfa

Türk ordusu İdlibdə Rusiya, İran və Əsədin ordusu ilə üz-üzədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk ordusu İdlibdə əhalini qətliam edən Rusiya, İran və Əsədin ordusu ilə üz-üzə dayanıb.

Məsələyə ABŞ tərəfi də fikir bildirib. Bəşər Əsəd rejimi ilə birlikdə Rusiya, İranın da türk ordusu və əməkdaşlarına hücum etdiyini dilə gətirən Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri Obrayen “beynəlxalq polis kimi oraya paraşütlə düşüb hücumları dayandırmağımızı gözləyirlər?” şərhi ilə ABŞ-ın vəziyyətə baxış bucağını açıqlamış olub.

“İdlibdə vəziyyət çox pisdir. Əsəd çox pis aktyordur. İranlılar da həmçinin. Ruslar və türklərin addımları vəziyyətə köməkçi olmur. Lakin biz rusların, iranlıların və ya Əsədin bütün hərəkətlərini dayandırmaq pozisiyasında deyilik. Oradakı vəziyyəti sona çatdıracaq sehrli nəsə yoxdur”, – müşavir əlavə edib.

Bu arada isə İdlibdə dörd türk müşahidə məntəqəsi və iki hərbi mövqe Suriya rejim qüvvələrinin nəzarəti altına düşüb.

Həmçinin yoxlayın

İsrail rəsmiləri Tehranla Vaşinqton arasında genişmiqyaslı qarşıdurmanı yaxın hesab etmirlər

GADTB: İsrailin “Ynet” xəbər saytı yazıb ki, İsrail ABŞ-ın Lark adasına hücumundan əvvəl bu əməliyyat …

Avropa İttifaqından İran hökumətinə qarşı “təzyiqin qorunub saxlanmasına” dəstək

GADTB: Avropa İttifaqı bazar ertəsi bildirib ki, İran üzərində təzyiqi qoruyub saxlamaq, gərginliyin azaldılmasına və …

Bir cavab yazın