Cümə , Oktyabr 23 2026
azfa

Rəştin irqçiləri yenidən “Şirinsu” bulağının türkcə lövhəsini dağıtdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir müddət öncə etirazlardan sonra Rəşt şəhərində Azərbaycan türkləri tərəfindən hazırlanmış “Şirinsu” bulağının türkcə lövhəsini qaytarılandan sonra yenidən həmin bulağın türkcə lövhəsini söküblər.

Çərşənbə axşamı günü, anti-türk şəxslər Rəşt şəhərində “Şirinsu” bulağı yazılan lövhəni söküb, çəkinmədən filmini sosial şəbəkələrdə yayımladılar.

Rəştin azərbaycanlıları əhalisindən olan Rza Rəsuli adlı şəxs tərəfindən vəqf şəklində hazırlanmış həmin bulağın tablosunu irqçilər dağıdaraq həmin irqçi əməlinin görüntülərini  öz instagram səhifəsində paylaşıblar. Rejim isə həmin şəxsin irqçi hərəkəti ilə bağlı  heç bir tədbir görməyib.

Rəştin türk əhalisinin tarixi yerlərindən olan Şirinsu çeşməsi Talibi küçəsi ilə üz-üzə Atifi küçəsində yerləşir. Bulaq illər öncə Rəştirin türk xeyriyyəçiləri tərəfindən tikilib.

Rəşt Bələdiyyəsi və Şəhər Şurasının məmurları təmir adı ilə “Şirinsu” bulağının adını dəyişdirmək istəmişdilər. lakin azərbaycanlıların etirazından sonra tablonu qaytarmağa məcbur olmuşlar.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …

Bir cavab yazın