Bazar , Oktyabr 25 2026
azfa

Binaları zəlzələyə davamsız olan Ərdəbil Kermanşahın uçan binalarını tikəcək

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İran adlanan ölkənin müstəmləkəçi siyasəti nəticəsində Ərdəbil vilayətinin əhalisi kəskin yoxsullaşıb. Nəticədə əhali köhnələn və zəlzələyə davamı olmayan evlərini yenidən tikməyə qadir deyil. Belə olduğu halda İran adlanan ölkə Kermanşahın zəlzələdən dağılan bir hissəsinin evlərini Ərdəbil vilayətinin aidiyyəti orqanlarına tikdirir. Bu barədə Ərdəbil Vilayətinin Məskən Fondunun direktoru Fərhad Sübhani açıqlama verib.

Sübhani deyib: Ərdəbil vilayətinin Qışlaqat hissəsində əhali evlərini zəlzələ qarşısında möhkəmləndirə bilmirlər. Banklar isə əhaliyə evlərini yenidən tikmək məqsədilə kredit vermir.

O həmçinin deyib ki, Kermanşahın bir hissəsinin uçan evlərinin tikintisi Ərdəbil vilayətinin aidiyyəti orqanlarının üzərinə qoyulub. Ərdəbil Vilayətinin Məskən Fondu artıq tikinti üçün Kermanşahın 76 kəndində yerləşib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın