Bazar , Oktyabr 25 2026
azfa

Fədai övladı, 20 yanvar və Qarabağ müharibəsi qazisi Ələkbər Talıbov vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əslən Güney Azərbaycanın Miyana şəhərindən olan fədai övladı, 20 yanvar və Qarabağ müharibəsi qazisi Ələkbər Talıbov vəfat edib.

Ələkbər Talıbov “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülmüş, iki dəfə Prezident təqaüdçüsü olaraq Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı idi.

Babası Əsədulla Talıb oğlu Dividil Azərbaycanın Güneyində Miyana fədailərindən olub. 1946-cı ildə Əsədulla Dividil oğlu Hacı Məmmədəli ilə birlikdə Azərbaycanın Quzeyinə mühacirət edib.

Azərbaycan Demokrat Firqəsinin üzvü olan Əsədulla Dividil 1979-cu ildə Neftçalada vəfat edib. Ələkbər Talıbovun atası – Hacı Məmmədəli isə artıq 17 yaşında Miyanada Azərbaycan Demokrat firqəsinin üzvü olub, sonradan isə Azərbaycanın Quzeyində baş verən azadlıq hərəkatında iştirak edib. Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Heç vaxt kommunist partiyasının üzvü olmayıb. Ümumiyyətlə ailə mənsubları əsla Kommunist Partiyası sıralarına qoşulmayıb. Ələkbər Talıbov demokratik ruhda böyüyərək Azərbaycanın bütövlüyü uğrunda çalışıb.

Ruhu şad olsun!

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın