Cümə axşamı , May 2 2024
azfa

Rejim koronavirus təhlükəsinə rəğmən Ana Dili Günündə yaxaladığı fəalları zindana salır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim koronavirus təhlükəsinə görə çoxsayda məhbusu məzuniyyətə buraxmasına baxmayaraq Beynəlxalq Ana Dili Günü ilə bağlı həbsə məhkum etdiyi azərbaycanlıfəalları zindana salır.

Rejimin Baharistan İnqilab Məhkəməsinin 2-ci şöbəsi azərbaycanlı fəallara həbs hökmlərinin icrası haqda çağırış vərəqəsi göndərib.

Martın 17-də göndərilən çağırış vərəqəsində bildirilib ki, Əkbər Azad, Həmid Manafi, Əlirza Fərşi, Behnam Şeyxi, Rüstəm Kazimpur, Əziz Fərşi, Mənsur Fəthi və Mahmud Ocaqlu 5 gün ərzində Baharistan İnqilab Məhkəməsinin hökmləri icra edən bölümünün ikinci şöbəsinə müraciət etməlidir.

Qeyd edək ki, bir müddət əvvəl Tehran Apellyasi Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etmək ittihamı ilə yaxalayıb, bir neçə gün sonra zaminə buraxmışdır. Həmçinin apellyasiya məhkəməsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib. Həmin fəallardan mühəndis Əlirza Fərşi hazırda da həbsdədir.

Həmin azərbaycanlı fəallar 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün rejimin Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdilər.

Həmçinin yoxlayın

İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb

GADTB: İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb. Bu barədə İran Radio-Televiziya Təşkilatının rəhbəri Peyman Cəbəli …

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …

Bir cavab yazın