Mollanın şəfa verdiyi koronavirusa yoluxmuş gənc öldü-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2 gün ömcə irqçi fars rejimin cəhalət mənbəyi olan mollalarından axunda Mürtəza Kohənsalın baş həkimin qadağasına baxmayaraq koronavirusa yoluxmuş xəstələrin palatasına girib heç bir sanitar qayda gözləmədən xəstələrin ağzına və burnuna nələrsə sürtüb islami tibblə şəfa verməyə çalışdığı gənc öldü.

Vəziyyəti yaxşı olan gəncin mollanın islami tibblə şəfa verməsindən sonra vəziyyəti dərhal pisləşib və vəfat edib.

Artıq rejimin bəzi qurumları da şarlatan mollaların rejimin içüzünün açılmasına yol açdığını gördükdə onların sözdə cinayətə cəlb edilməsinə qərar verib. Lakin molla Mürtəza Kohənsal aradan çıxaraq, qaçıb gizlənib.

Qeyd edək ki, Ləngruddan olan həmin mollanın Gilan vilayətində heç bir sanitar qaydaları gözləmədən xəstəxanalara daxil olub koronavirusa yoluxan xəstələrə toxunandan sonra yenə heç bir sanitar qayda-qanunu gözləmədən avtobusa və təyyarəyə minməklə İsfahana gedib. O İsfahan xəstəxanalarında da koronavirusa yoluxamlara baş çəkib və onların ağzı və burnuna toxunduqdan sonra əhali arasında gəzişib. Şarlatan və cəhalət carçısı olan mollanın yüzlərlə insanı koronavirusa yoluxdurduğu da istisna edilmir.  

Publicerat av Ali Huseyn Lördag 21 mars 2020

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Bir cavab yazın