İrqçi fars-molla rejimi Güney Azərbaycanı koronavirusa yoluxdurandan sonra hərəkəti məhdudlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin mollaları və terorçu sepahı Güney Azərbaycanı Çindən Quma, oradan isə bütün şəhərlərə yaydıqları koronavirusa yoluxdurduqdan sonra üç – Ərdəbil, Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında hərəkəti məhdudlaşdırdı.

Şərqi Azərbaycan valisinin ictimai, siyasi və təhlükəsizlik məsələləri üzrə rəis müavini Əli Rastqu bu gündən Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərinin giriş-çıxış yollarında avtomobillərin hərəkətinə qadağa tətbiq ediləcəyini bildirib.

O deyib ki, bu barədə 3 əyalətin valisi birgə qərar qəbul edib.

Rastqu deyib: “Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərinin valiləri bir-birləri ilə görüntülü əlaqə saxlayaraq birgə iclas keçirib və koronavirus epidemiyası ilə bağlı müzakirələr aparıblar. Valilər vilayətlərarası yollarda birgə yoxlama məntəqələrinin yaradılması barədə qərar qəbul edib”.

Qeyd edək ki, hələ də rejim və onların əlaltıları koronavirusun əsas ocaqları olan Qum və mərkəzi şəhərlərn Güney Azərbaycana gələnlərə heç bir məhdudiyyət qoymayıblar. Xüsusilə Qumdan, Tehrandan, İsfahandan və s. koronavirus ocaqlarından yüz minlərlə koronaviruslu bayram tətillərində Güney Azərbaycana daxil olub.

Həmçinin yoxlayın

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Qərbi Azərbaycana təyin edilən əcnəbi vali vilayətin təhsil işini kürd mühacirinə həvalə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycanın yerli olmayan və kürd valisi, kürd …

Bir cavab yazın