Cümə axşamı , İyun 25 2026
azfa

Molla rejimi Çin koronavirusunu Qumdan bütün şəhərlərə yaydıqdan sonra şəhərlərarası hərəkətə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Çin koronavirusunu Qumdan bütün şəhərlərə yaydıqdan sonra kimsənin xala-xatırı qalmasın diye şəhərlərarası hərəkətə qadağa qoydu.

Rejimin sözçüsü Əli Rəbii qərarın Həsən Ruhaninin göstərişi ilə qəbul edildiyini bildirərək deyib ki, şəhərlərdən çıxışla bağlı qaydalar tezliklə qəbul edilərək xalqa bəyan ediləcək. Karantik qaydalarını pozanlar isə cəzalandırılacaqlar.

O deyib ki, hazırda Tehran istiqamətində geri qayıdanlar birbaşa olaraq hərəkətlərinə davam etməlidirlər, onların yollarının üzərində yerləşən bölgələrdə dayanmasına icazə verilməyəcək.

Rəbii həmçinin deyib: “Şəhərlərin çıxışında insanlar koronavirusla bağlı yoxlamadan keçirilirlər. Səhiyyə Nazirliyi və Qızıl Aypara Cəmiyyətinin əməkdaşlığı ilə, yoxlamadan keçən insanlara sağlamlıq kağızı veriləcək və onlar öz yaşadıqları şəhərlərə qayıda biləcəklər. Digər təqdirdə, bu, mümkün olmayacaq”.

Qeyd edək ki, rejimin bu addımı artıq gecikmiş addımdır. Hələ bir həftə öncə özləri də etiraf etmişdilər ki, artıq Çin koronavirusunu yaymadıqları yer qalmayıb və hər hansı karantinin daha mənası yoxdur.

Həmçinin yoxlayın

İran və Ermənistan yeni ticarət və tranzit marşrutlarını müzakirə edib

GADTB: Dünən İrəvanda Ermənistan İqtisadiyyat Nazirliyində İran və Ermənistan rəsmilərinin iştirakı ilə iki ölkə arasında …

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …

Bir cavab yazın