Azərbaycanlı öyrənci Aydın Möhsünnəjada görə atasına 2 ay həbs qərarı çıxarılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin Xoy şəhərində yerləşən Məhkəmə orqanlarından Aydın Möhsünnəjadın anasına bildiriblər ki, Aydının atası Məhəmməd Möhsünnəjad üçün 2 ay həbs (girov) qərarı çxarılıb. Əgər həmin müddətdə Aydın özünü məhkəmə orqanlarına təqdim etməsə oğlu ilə işbirliyində ittiham ediərək mühakimə ediləcək.

Qeyd edək ki, yanvar ayının 5-də Təbrizdə Azərbaycan türk millətinin etiraz aksiyasından sonra İran adlanan ölkənin təhlükəsizlik qüvvələri Təbriz İncəsənət Universitetinin öyrəncisi, “Caməə” öyrənci jurnalının məsul redaktoru Aydın Möhsünnəjadın Xoy şəhərində yerləşən evində axtarış aparıb, onun şəxsi əşyalarını zəbt etmişdilər.

Aydın Möhsünnəjad evdə olmadığı üçün onun atasını həbs edib, ailəsini isə hədələyərək bildirmişdilər ki, Aydın özünü təhlükəsizlik qüvvələrinə təqdim etməyənədək atası həbsdə qalacaq.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın