Bazar ertəsi , İyun 15 2026
azfa

Molla rejimi Təbrizi fəlakətə düçar etməsi bəs deyil bu şəhəri ölüləri basdırmada nümunəvi şəhər elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Qumdan sərnişin daşıyan təyyarı və avtobus reyslərini davam etməklə Güney Azərbaycanı və Təbrizi koronavirusun tüğyan etdiyi bölgələrdən birinə çevirib.

İrqçi fars-molla rejiminin bu zülmü bəs deyil, hələ koronavirusdan qırılan əhalinin dəfni məsələsində Təbrizi nümunəvi şəhər elan edib.

Təbrizdə Xamneinin nümayəndəsi və imam cümə Seyid Məhəmmədəli Ali-Haşim bildirib ki, koronavirusdan qırılan əhalinin cənazələrinin dəfni məsələsi ilə bağlı Əli Xamenei Təbrizin Talibiyyə Molla İstehsalı Mədrəsəsinin fəaliyyətlərini yüksək qiymətləndirib.

Höccətül-İslam Ali-Haşimin dediklərinə görə, “koronavirusdan ölənləri gigiyena və şəriət qaydalarına riayət edərək dəfn etməkdə Təbriz nümunəvi şəhərdir.”

Ali-Haşim deyib: “Böyük rəhbərimiz də Təbriz haqqında yaxşı sözlər deyib və Təbriz mədrəsəsi koronavirus səbəbilə ölənlərin dəfn və yas mərasimi ilə bağlı səylərini yüksək qiymətləndiriblər”.

Burda yaxşı bir məsəl yada düşür “Meymun dediyin bəs deyil, hələ bir əl də verirsən?”

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın