Cümə axşamı , Avqust 27 2026
azfa

Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümü Anıtkabirdə qeyd olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) 100-cü ildönümü qeyd olunur

Bu münasibətlə paytaxt Ankaranın Atatürk mavzoleyində – Anıtkabirdə mərasim təşkil edilib. Tədbirdə TBMM-nin sədri Mustafa Şentop Anıtkabirin önünə qırmızı və ağ qərənfil əklili qoyandan sonra dövrün qəhrəmanları və şəhidləri bir dəqiqəlik sükutla yad edilib, sonra İstiqlal Marşı oxunub.

Mərasimdə Türkiyənin vitse-prezidenti Fuad Oqtay, siyasi partiya rəhbərləri, bir sıra nazir və millət vəkilləri iştirak edib.

M.Şentop Misaki-Milli Qülləsində mavzoleyin xatirə dəftərinə ürək sözlərini yazıb.

Ölkənin milli təhsil naziri Ziya Selçuk da paytaxt Ankada yerləşən Atatürk mavzoleyini – Anıtkabiri ziyarət edib. O, Anıtkabir xatirə dəftərinə bu sözləri yazıb: “Hər bir uşağın həyatında gözəl izlər buraxmaq üçün var qüvvəmizlə çalışırıq. Bu şüurla milli və mənəvi dəyərlərə sadiq, ümumbəşəri ideyalara açıq, bilik və bacarıqlarını idarə edən, azad və vicdanlı nəsillər yetişduirmək üçün səylərimizi əsirgəmirik”.

23 Aprel Milli Suverenlik və Uşaq Bayramının 100-cü ildönümü ilə əlaqədar İstanbulun Taksim rayonunda Cümhuriyyət Abidəsi önündə də mərasim təşkil edilib.

Həmçinin yoxlayın

Sentrkom: İran İslam Respublikasının dəniz mühasirəsi şəraitində 75 ticarət gəmisinin marşrutu dəyişdirilib; 3 gəmi fəaliyyətdən çıxarılıb, 2 gəmi yoxlanılıb

GADTB: ABŞ Mərkəzi Komandanlığı İran İslam Respublikasına qarşı dəniz mühasirəsinin davam etdirildiyi bir vaxtda ABŞ …

Azərbaycan Xarici İşlər Nazirliyindən Rusiyaya sərt reaksiya

GADTB: 27 avqust tarixində günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum …

Bir cavab yazın