Beynəlxalq Əfv Təşkilatı BMT-dən molla rejiminin noyabr etirazlarında törətdiyi kütləvi qətliamları araşdırmağı istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv TəşkilatıBirləşmiş Millətlər Təşkilatına müraciət edərək İranın 2019-cu ilin noyabrında keçirilmiş nümayişlərdə etirazçıları kütləvi şəkildə qətliam etməsi barədə araşdırma aparmasını tələb etdi.

Təşkilatın bununla bağlı yaydığı bəyanatda əldə olan sübutlara əsasən, İranın qəddarlıqla qətliam etdiyi azı 304 nəfər kişi, qadın və uşağın öldürülənlər arasında olduğunu açıqlayıb.  

Təşkilatın yaydığı bəyanatda deyilir: “Apardığımız araşdırmalar, habelə əldə olan foto və videoların incələməsi həmin insanlardan 220 nəfərinin etirazların ilk 2 günündə öldürüldüyünü göstərir”.

Təşkilat həmçinin bildirib ki, qətliam edilənlərin heç biri silahlı olmayıb və onlar İranın təhlükəsizlik qüvvələri üçün heç bir təhdid hesab olmayıb. Bəyanatda yalnız İranın bir şəhərində təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında atışmanın olduğu istisna hal kimi qeyd edilir.

Beynəlxalq Əfv Təşkilatının rəsmilərində biri Flip Luter məsələ ilə əlaqədar qeyd edib ki, İran hökuməti tərəfindən təzyiq, təhdid və təhqirlərə rəğmən, etirazlar zamanı öldürülmüş insanların ailələri hələ də ədalətin bərqərar olması üçün mübarizələrinə davam edirlər.

O deyib: “İranda Təhlükəsizlik qüvvələrinin cəzalandırılmaması və hüququn fövqündə tutulması İranda gələcəkdə baş tuta biləcək hər cür etirazın bundan da zalımcasına yatırılmasına zəmin yaradacaq”.

Qeyd edək ki, bu rəqəm sadəcə görüntüləri Beynəlxalq Əfv Təşkilatına göndərilən şəxslərin siyahısıdır. Halbuki, 1500-2000 arası günahsız şəxsin dinc etirazlarda qətliam edildiyini bildirlirdi.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın