Bazar , Oktyabr 25 2026
azfa

Azərbaycanlı fəal Vəliullah (Oxtay) Zöhrabi hədələnərək yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Qoşaçay bölgəsində azərbaycanlı milli-mədəni fəal Vəliullah (Oxtay) Zöhrabi İran adlanan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən təhdid edildikdən sonra yaxalanıb.

İran adlanan ölkənin təhlükəsizlik qüvvələri yanvar ayının 1-dən başlayaraq fəala zəng edib onu həbslə təhdid ediblər. Məmurlar nəhayət yanvar ayının 8-də yaxaladıqları fəalı Qoşaçayın Mərkəzi Zindanına salıblar. O 5 gün saxlandıqdan sonra yanvar ayının 13-də mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

İran adlanan ölkənin təhlükəsizlik qüvvələri türk fəalı yaxalayarkən məhkəmə hökmü təqdim etməyiblər. Fəalın hansı səbəbdən yaxalandığı da qeyd edilməyib.

Qeyd edək ki, Vəliullah (Oxtay) Zöhrabi Əvvəllər də Azərbaycan türk millətinin milli-mədəni hüquqları uğrunda apardığı mübarizəyə görə dəfələrlə İran adlanan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın