Şənbə , Oktyabr 24 2026
azfa

Azərbaycanlı fəallar Cəfər İsmayılzadə və oğlu Milad zindanın 12-ci bölməsinə köçürüldülər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Azərbaycanın türk millətinin hüquqları uğrunda mübarizə apardığına görə həbs etdiyi Cəfər İsmayılzadə və oğlu Milad Təbrizdə yerləşən rejimin zindanının 12-ci bölməsinə köçürüldülər.

Qeyd edək ki, iyunun 6-da azərbaycanlı milli fəal Cəfər İsmayılzadə və oğlu Milad 6 aylıq həbs cəzasını çəkmək üçün zindana salınmışdılar.

Ata və oğul İsmayılzadələr 2019 may ayının 29-da rejimin terrorçu Sepahının təhlükəsizlik qurumu tərəfindən yaxalanıb, 5 gün sorğu-sual edildikdən sonra 50 milyon tümənlik mülki zəmanət qarşılığında zaminə buraxılmışdılar.

Azərbaycanlı fəallar şərlənərək rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən keçən ilin avqust ayında 6 ay həbsə məhkum edilmişlər. İsmayılzadələrin şikayətinə baxan Şərqi Azərbaycan vilayətində yerləşən Apellyasiya məhkəməsi də daha sonra hökmün qüvvədə saxlanılmasına dair qərar çıxardı.

Azərbaycanlı fəallar “bölücü elanlar yayıb və ümumi məkanların lövhələri üzərində şüarlar yazaraq sistemə qarşı təbliğat aparmaq”da ittiham olunmuşlar.

Cəfər İsmailzadə Kikboksinq Federasiyasının rəsmi hakim və məşqçisidir. Oğlu Milad İsmailzadə isə kikboksinq üzrə ölkə və beynəlxalq turnirlərində çempionluq medalları qazanmışdır.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın