Bazar , Oktyabr 25 2026
azfa

Türkiyədən İraq türkmanlərinə yardım

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın İraq Türkman Cəbhəsinin rəhbəri Ərşad Salehin tibbi yardımlarla bağlı çağırışına cavab verib.

Qalın tibbi yardımların tez bir zamanda göndəriləcəyini bildirib.

“Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə tibbi ləvazimatlar yardımları hazırlanır və tez bir zamanda yola çıxacaq. Türkiyə hər zaman türkman və iraqlı qardaşlarının yanındadır”, – o deyib.

Qeyd edək ki, İraq Türkman Cəbhəsinin lideri Ərşad Saleh Türkiyədən gələcək yardımlar sayəsində yoluxma sayının azalacağı ilə bağlı paylaşım etmişdi.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın